• cümə axşamı, 25 aprel, 03:37
  • Baku Bakı 19°C

Elmar Məmmədyarov İsveçrə prezidenti ilə görüşüb

02.06.14 16:55 958
Elmar Məmmədyarov İsveçrə prezidenti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının prezidenti və xarici işlər naziri Didye Burkhalter ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İsveçrə arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
D. Burkhalterin rotasiya qaydalarına uyğun olaraq ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını da daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası ilə ATƏT arasında mövcud əməkdaşlıq və ATƏT-in gündəliyində duran aktual məsələlər üzrə müzakirə aparılıb.
E. Məmmədyarov Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyini xatırladaraq sədrlik dövründə Azərbaycanın irəli sürdüyü prioritetlər haqqında məlumat verib. O, müvafiq olaraq, Azərbaycanın Avropa Şurasına, İsveçrənin isə ATƏT-ə sədrlik etdiyini nəzərə alaraq, qarşılıqlı maraq doğuran aktual məsələlər üzrə əməkdaşlığın və birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
Təhlükəsizliyin bölünməzliyinin ATƏT-in təməl prinsipi olduğunu deyən nazir, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında danışaraq, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər