• cümə, 29 Mart, 05:26
  • Baku Bakı 7°C

Elmar Məmmədyarov: "İşğalçılıq siyasəti Ermənistanı regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir"

19.09.18 15:38 544
Elmar Məmmədyarov: "İşğalçılıq siyasəti Ermənistanı regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir"
Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın inkişafına və eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızı məhdulaşdırır və daraldır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziriElmar MəmmədyarovDünya İqtisadi Forumu tərəfindən keçirilən yeni çempionların illik görüşü çərçivəsində Avrasiya panelində inklüziv rəqəmsal inkişafa dair çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, bu işğalçı siyasət Ermənistanın özünü regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir: "Beləliklə, biz hələ daha da geniş əhatəli və hərtərəfli iqtisadi əməkdaşlığa keçmək üçün regionumuzun mövcud potensialdan tam şəkildə istifadə edə bilmirik".
banner

Oxşar Xəbərlər