• çərşənbə axşamı, 19 mart, 14:22
  • Baku Bakı 8°C

Elmar Məmmədyarov İordaniya və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə görüşüb

25.09.17 12:40 681
Elmar Məmmədyarov İordaniya və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə görüşüb
Azərbaycanın xarici işlər naziriElmar MəmmədyarovBMTBaş Assambleyasının 72-ci sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman Safadi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb.
APA-nın XİN-in saytına istinadən verdiyi xəbərə görə, E. Məmmədyarov bu il xarici işlər naziri təyin olunan Ayman Safadini təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsinə nəzər salınıb, əlaqələrin daha da inkişaf etdirilməsi yolları və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığın digər beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilməsinin vacibliyini qeyd ediblər. E. Məmmədyarov Ermənistanın beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərini vəBMTTŞ-nin müvafiq qətnamələrinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsinin regional sülh üçün ciddi təhlükə olduğunu bildirib. O, İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas Qrupunun fəaliyyəti, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid abidələri, ibadət ocaqlarını vəhşicəsinə məhv etdiyi, beynəlxalq humanitar hüququ pozmaqda davam edərək qoşunların təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları qəsdən hədəfə aldığı barəsində həmkarına məlumat verib.
Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən, xüsusən son illər turizm, kənd təsərrüfatı, sərmayələr sahəsində ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə xarakterizə olunduğu diqqətə çatdırılıb. Nazirlər İƏT çərçivəsində birgə fəaliyyəti təqdir ediblər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
E. Məmmədyarov Ermənistanın Azərbaycana təcavüzü, işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini, İslam dininə aid abidələri vəhşicəsinə məhv etməsi, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları hədəfə alan əməlləri barəsində həmkarına məlumat verib. O, Səudiyyə Ərəbistanının ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini ardıcıl surətdə dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.
banner

Oxşar Xəbərlər