• çərşənbə, 24 Aprel, 19:36
  • Baku Bakı 23°C

Elmar Məmmədyarov həmsədrlərlə videokonfrans formatında görüş keçirib

18.05.20 19:07 648
Elmar Məmmədyarov həmsədrlərlə videokonfrans formatında görüş keçirib
Xarici İşlər naziri Elmar Məmmədyarov mayın 18-də ATƏT-in Minsk qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüş keçirib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə, həmçinin Fransa və ABŞ həm-sədrlərinin köməkçiləri iştirak ediblər.
Görüşdə tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə ediblər. Tərəflər, pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıblar.
banner

Oxşar Xəbərlər