• cümə, 19 Aprel, 07:50
  • Baku Bakı 13°C

Elmar Məmmədyarov: “Həll olunmamış münaqişələr “Şimal-Cənub” dəhlizinin reallaşmasına çətinlik yaradır”

08.08.16 21:26 900
Elmar Məmmədyarov: “Həll olunmamış münaqişələr “Şimal-Cənub” dəhlizinin reallaşmasına çətinlik yaradır”
"Prezidentlərin görüşünə dair yekun Bəyannamədə qeyd olunur ki, həll olunmamış münaqişələr narahatlıq doğurur və "Şimal-Cənub” dəhlizinin reallaşmasına çətinlik yaradır”.APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovAzərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Sankt-Peterburq görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair imkanlar yaranıb: "Bəyannamədə də həll olunmamış münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri və qəbul edilmiş qərarlar çərçivəsində danışıqlar yolu ilə həllinin vacibliyi vurğulanıb".
banner

Oxşar Xəbərlər