• cümə, 26 Aprel, 11:57
  • Baku Bakı 12°C

Elmar Məmmədyarov Hamburqda ATƏT sədri ilə görüşüb

08.12.16 18:48 915
Elmar Məmmədyarov Hamburqda ATƏT sədri ilə görüşüb
Xarici işlər naziriElmar MəmmədyarovHamburqdaATƏT-in Xarici İşlər Nazirləri (XİN) Şurasının 23-cü iclası çərçivəsində Almaniya xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerləgörüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə ediblər və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi yollarına dair fikir mübadiləsi aparıblar.
NazirElmar MəmmədyarovErmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi haqqında həmkarına ətraflı məlumat verib.
Elmar Məmmədyarovetimad quruculuğu tədbirləri vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi kimi məsələlərin müzakirəsinin münaqişənin həlli ilə bağlı aparılan substantiv danışıqlar prosesi ilə sinxronlaşdırılmasının və onun tərkib hissəsi olmasının vacibliyini vurğulayıb.
Görüşdə həmçinin gündəlikdə olan digər məsələlər ərafında da ətraflı fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər