• cümə, 26 Aprel, 09:17
  • Baku Bakı 12°C

XİN rəhbəri: “GUAM çərçivəsində əməkdaşlıq artıq tərəfdaşlığa keçib”

08.10.17 14:31 1149
XİN rəhbəri: “GUAM çərçivəsində əməkdaşlıq artıq tərəfdaşlığa keçib”
"GUAM çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu bu gün barədə Azərbaycanın xarici işlər naziriElmar MəmmədyarovTbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında söyləyib.
E. Məmmədyarov deyib ki, GUAM-a üzv ölkələr arasında iqtisadi, turizm, gənclər və mədəniyyət sahəsində əməkdaşlıq üçün böyük potensialdan istifadə etmək lazımdır: "GUAM çərçivəsində əməkdaşlıq artıq tərəfdaşlığa keçib”.
Xarici işlər naziri GUAM ölkələrində münaqişələrin əsas problem olaraq qaldığını qeyd edib: "’GUAM ölkələrindəki münaqişələr mütləq ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.
GUAM çərçivəsində iqtisadi əməkdaşlığı əsas elementlərdən biri adlandıran E. Məmmədyarov nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, GUAM ölkələri davamlı əməkdaşlığın gücləndirilməsində maraqlıdır.
Nazir GUAM-ın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığından da danışıb. Onun sözlərinə görə, bu cür əməkdaşlıq çox vacibdir və gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi diqqət ayrılacaq.
banner

Oxşar Xəbərlər