• cümə, 29 Mart, 13:50
  • Baku Bakı 14°C

Elmar Məmmədyarov dəyirmi masada çıxış edib

16.02.18 18:00 665
Elmar Məmmədyarov dəyirmi masada çıxış edib
Xarici işlər naziriElmar MəmmədyarovMünhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib.
XİN-dən APA-ya verilən məlumata görə, dəyirmi masada enerji təhlükəsizliyi sahəsində aktual məsələlər üzrə müzakirələr aparılıb.
Elmar Məmmədyarovçıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan bəhs edərək Cənub Qaz Dəhlizi və bu xüsusdaTANAPvə TAP layihələrinin strateji əhəmiyyətindən söz açıb.
O,TANAPlayihəsinin bu il fəaliyyətə başlayacağı, TAP layihəsi üzrə işlərin isə qrafika uyğun olaraq uğurla davam etdiyini qeyd edib.
Nazir Bakıda 15 fevralda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilmiş IV nazirlər iclası və orada alınmış qərarlar barədə tədbir iştirakçılarına məlumat verib.
banner

Oxşar Xəbərlər