• cümə, 29 Mart, 18:06
  • Baku Bakı 14°C

Elmar Məmmədyarov: “Braziliya ilə münasibətləri dərinləşdirmək barədə razılığa gəlmişik”

15.11.17 13:35 780
Elmar Məmmədyarov: “Braziliya ilə münasibətləri dərinləşdirmək barədə razılığa gəlmişik”
"Braziliya ilə münasibətləri dərinləşdirmək barədə razılığa gəlmişik. Ötən 6 ay ərzində ticarət dövriyyəsinin həcmi 160 milyon dollar olub. Bu, qaneedici deyil. Qərara gəlmişik ki, bu həcmi genişləndirək”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziriElmar MəmmədyarovBakıda Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hər iki ölkə Qoşulmama Hərəkatının üzvüdür və qətnamə layihələrinə eyni şəkildə səs verir: "Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıq. 1993-cü ildə qətnamələr qəbul edilərkən BraziliyaBMTTəhlükəsizlik Şurasının üzvü idi. Qətnamələrin hələ də yerinə yetirilməməsi ciddi problemdir”.

E. Məmmədyarov gələn il Bakıda iki ölkə arasında siyasi, Braziliyada isə iqtisadi mövzularda məsləhətləşmələr keçiriləcəyini söyləyib: "Gələn ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının nazirlər səviyyəsində görüşü olacaq. Braziliya da ora dəvət olunub. Bu gün ADA Universiteti ilə Braziliyanın müvafiq universiteti arasında saziş imzalanıb”.
banner

Oxşar Xəbərlər