• cümə, 29 Mart, 18:21
  • Baku Bakı 14°C

Elmar Məmmədyarov: “BMT-də islahatlar aparılmalıdır”

16.03.18 11:20 571
Elmar Məmmədyarov: “BMT-də islahatlar aparılmalıdır”
"Azərbaycan özünü geniş Şərqin bir hissəsi kimi görür və burada baş verən hadisələr bütün dünyaya təsir edir”.
APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziriElmar MəmmədyarovVI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq" adlı panel müzakirəsi zamanı çıxışında deyib.
Nazir bildirib ki, xüsusilə Sovet İttifaqının dağılmasından sonra dünyada mühüm dəyişikliklər baş verib: "Bu dəyişikliklər hansısa formada bizə də təsir etdi,ölkəmizin bir hissəsi işğal olundu, 1 milyondan çox qaçqınımız, köçkünümüz yarandı, xalqımız etnik təmizləməyə məruz qaldı. Bu münaqişənin həlli başqa mövzudur. Bunun həll yolları var. Biz yeni dünyanın quruluşunun zəminlərini yaratmalıyıq.BMTislahatlara məruz qalmalıdır. Əgər biz gələcəyin inkişafını proqnozlaşdırdığımız kimi görməkistəyiriksə, buna uyğun fəaliyyət göstərməliyik”.
banner

Oxşar Xəbərlər