• cümə, 19 Aprel, 18:14
  • Baku Bakı 24°C

Elmar Məmmədyarov: "Azərbaycan çoxistiqamətli, tarazlaşdırılmış və müstəqil xarici siyasət yeridir"

09.02.18 12:45 622
Elmar Məmmədyarov: "Azərbaycan çoxistiqamətli, tarazlaşdırılmış və müstəqil xarici siyasət yeridir"
"Azərbaycan yürütdüyü çoxistiqamətli, tarazlaşdırılmış və müstəqil xarici siyasəti sayəsində regional əməkdaşlıq mərkəzi rolunda çıxış edir".
APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziriElmar MəmmədyarovFransaya səfəri çərçivəsində Fransa parlamentinin "Le Journal Du Parlement” jurnalına müsahibəsində deyib. O bildirib ki, qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir: "Azərbaycan-İran-Rusiya formatında olan əməkdaşlığı şərtləndirən vacib layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu layihə 3 ölkənin dəmir yolu sisteminin birləşdirilməsi ilə Hind okeanından Şimal Avropaya doğru yeni, effektiv və əlverişli nəqliyyat dəhlizinin yaradılmasını özündə ehtiva edir. Azərbaycan qonşu və strateji tərəfdaş ölkələr olan Gürcüstan və Türkiyə ilə Şərq-Qərb nəqliyyat dəhlizini inkişaf etdirir və bu xüsusda,Bakı-Tbilisi-Qarsdəmir yolu xəttinin 2017-ci ildə işə düşməsi çox sevindirici haldır.Avropa İttifaqının da təcrübəsi göstərir ki, dəmir yolları yalnız infrastruktur olmayaraq xalqların rifahına, insanlararası təmasların artmasına və mədəniyyətlər, sivilizasiyalararası dialoqun gücləndirilməsinə töhfə verən ciddi vasitədir”.
Nazir Fransa-Azərbaycan münasibətlərinə də toxunaraq qeyd edib ki, əlaqələr yüksək səviyyədədir və davamlı şəkildə müxtəlif istiqamətlər üzrə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan Fransanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır: "BizAvropa İttifaqında əsas tərəfdaşlarımızdan olan Fransa ilə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq. AzərbaycanınAvropa İttifaqıilə əməkdaşlığı məsələsində Fransa ilə təmaslarımız çox vacibdir. Azərbaycan dünyəvi müsəlman dövləti olaraq Avropa və Asiya, Avropa və İslam dünyası arasında dialoq və əməkdaşlıq körpüsüdür. Azərbaycan bütün region üçün sabitlik və təhlükəsizlik amili olaraq, ekstremizmin qarşısının alınmasında mühüm rola malikdir. Qeyd etdiyimiz kimi, Azərbaycan eyni zamanda inkişaf amilidir, belə ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr qitələri birləşdirir, Asiya, Qafqaz və Avropa boyunca yeni iş yerlərinin açılmasına xidmət edir. Biz ümidvarıq ki,Avropa İttifaqıvə üzv dövlətlər Azərbaycanın regionda və dünyada oynadığı vacib rolu yaxından başa düşürlər”.
banner

Oxşar Xəbərlər