• cümə, 29 Mart, 12:45
  • Baku Bakı 14°C

Elmar Məmmədyarov ATƏT-in baş katibinə Yerevan ofisinin mandatına zidd fəaliyyəti barədə məlumat verib

18.02.17 20:00 1172
Elmar Məmmədyarov ATƏT-in baş katibinə Yerevan ofisinin mandatına zidd fəaliyyəti barədə məlumat verib
Xarici işlər naziriElmar Məmmədyarov53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurz vəATƏT-in baş katibi Lamberto Zannierlə görüşüb.
Xarici İşlər NazirliyindənAPA-ya verilən məlumata görə, görüş əsnasında nazirlər bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu diqqətə çatdırıblar.
TərəflərATƏT-ın gündəliyində duran məsələlər və Fəaliyyətdə olan sədr kimi Avstriyanın prioritetləri barəsində fikir mübadiləsi aparıblar.
GörüşdəATƏT-in Yerevan ofisi ilə əlaqədar olan məsələlər müzakirə olunub. NazirElmar MəmmədyarovATƏT-in Yerevan ofisinin mandatına zidd fəaliyyəti barəsində Azərbaycanın narahatlığı və mövqeyini bir daha həmsöhbətlərinin nəzərinə çatdırıb.
Elmar Məmmədyarovkonfransçərçivəsində Böyük Britaniya Parlamentinin üzvü, xarici işlər üzrə dövlət naziri Alan Dunkanla da görüşüb. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə olundu, müxtəlif sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarovenerji sahəsində, o cümlədən Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirdi. Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən iri miqyasli enerji layihələri - Cənub Qaz Dəhlizi, TAP vəTANAPlayihələri haqqında danışdı, onların Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolunu qeyd edib.
Alan Dunkan ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
NazirElmar Məmmədyarovhəmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.
banner

Oxşar Xəbərlər