• çərşənbə, 24 Aprel, 21:16
  • Baku Bakı 23°C

Elmar Məmmədyarov Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı ilə görüşüb

10.11.17 11:00 876
Elmar Məmmədyarov Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı ilə görüşüb
Xarici işlər naziriElmar MəmmədyarovEfiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı Smail Şərqi ilə görüşüb.
XİN-dənAPA-ya bildirilib ki, görüş zamanı Azərbaycanın Afrika İttifaqı yanında müşahidəçi statusu qismində təşkilatla əlaqələrinin genişləndiyi və yüksək səviyyəli qarşılıqlı səfərlərin olduğu bildirilib.
Elmar MəmmədyarovAzərbaycanın 2012-2013-cü illərdəBMTTəhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan zaman Afrika qitəsində sülh və təhlükəsizlik problemlərinə xüsusi diqqət yetirdiyini nəzərə çatdırıb. O, Azərbaycanın regional və beynəlxalq səviyyədə sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələrindən danışıb.
Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Afrika dövlətləri ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyən nazir qitə dövlətləri ilə Azərbaycan arasında Cənub-Cənub əməkdaşlığı kontekstində siyasi, iqtisadi, humanitar, elm-təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Smail Şərqi səfərin Afrika İttifaqı ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Görüş əsnasında Afrika İttifaqı ilə Azərbaycan arasında dialoq və məsləhətləşmələrin davam etdirilməsi, nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.
banner

Oxşar Xəbərlər