• cümə, 19 Aprel, 04:52
  • Baku Bakı 18°C

Elmar Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib

27.05.17 12:30 1016
Elmar Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib
"Respublika Günü” və AzərbaycanınBMT-yə üzvlüyünün 25-ci ildönümünə həsr edilmiş qəbulun təşkil edilməsi məqsədi ilə ABŞ-da səfərdə olan xarici işlər naziriElmar Məmmədyarovbir sıra görüşlər keçirib.
"Report" XİN-in rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Elmar Məmmədyarov FFEU - Etnik Anlaşma Fondunun dəstəyi ilə ABŞ-ın dini rəhbərləri ilə görüşüb və Azərbaycanın dini birgə yaşayış modeli haqda danışıb.
Nazir, həmçinin əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələri ilə görüş və müzakirələr keçirib.
banner

Oxşar Xəbərlər