• cümə axşamı, 25 aprel, 19:27
  • Baku Bakı 21°C

Elmar Məmmədyarov: 2020-ci ilə qədər Şahdəniz yatağından qazın Aİ-yə çatdırılması planlaşdırılır

25.09.18 12:00 396
Elmar Məmmədyarov: 2020-ci ilə qədər Şahdəniz yatağından qazın Aİ-yə çatdırılması planlaşdırılır
2020-ci ilə qədər Şahdəniz yatağından qazın Aİ-yə çatdırılması planlaşdırılır.
XİN-dən Trend-ə verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə deyib.
Nazir deyib ki, enerji əməkdaşlığı regional əməkdaşlıq proseslərinin əsasını təşkil edir: "Bu gün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əməkdaşlığın əsl ruhunun simvolu olaraq qalır. Hazırda biz Trans-Adriatik boru kəmərindən (TAP) və Trans-Anadolu boru kəmərindən (TANAP) ibarət Cənub Qaz Dəhlizinin üzərində çalışırıq. Biz 2020-ci ilə qədər Şahdəniz yatağından qazımızı Aİ-yə çatdırmağı planlaşdırırıq. Bu enerji layihələrinin reallaşması enerji resurslarını diversifikasiya edəcək, eləcə də region daxilində və onun hüdudlarından kənarda enerji təminatını və nəqlini artıracaq".
banner

Oxşar Xəbərlər