• cümə, 19 Aprel, 04:58
  • Baku Bakı 18°C

Elmar Babanlı: Azərbaycan cüdoçuları güclü rəqiblərdir

13.05.19 11:45 559
Elmar Babanlı: Azərbaycan cüdoçuları güclü rəqiblərdir
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" beynəlxalq cüdo turnirində medallar uğrunda gərgin mübarizə getdi. Azərbaycan komandası bu nüfuzlu turnirdə uğurla çıxış edərək 7 medal qazandı. Medal cədvəlində komandamız üçüncü pillədə qərarlaşıb. Əldə edilən qələbə bir daha sübut edir ki, Azərbaycan cüdoçuları güclü rəqiblərdir.
Bu sözləriAZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib.
Komandada bütün çəki dərəcələrində güclü idmançıların olduğunu bildirən E.Babanlı deyib: "Yığmamız ev sahibi olduğundan yarışda böyük heyətlə iştirak edirdik. Gənc cüdoçular və ehtiyat qüvvə sayılan komanda üzvləri də məşqçilər heyətinin qərarı ilə yarışa qatılmışdılar. Onlar burada böyük təcrübə qazandılar”.
Azərbaycan cüdoçularını qarşıda bir sıra nüfuzlu turnirlərin gözlədiyini diqqətə çatdıran baş katib bildirib: "Cüdoçularımızı Minskdə keçiriləcək ikinci Avropa Oyunları gözləyir. Avqustun sonu - sentyabrın əvvəlində isə Tokioda dünya çempionatı keçiriləcək. Gələn il Olimpiya ili olduğundan dünya reytinq cədvəlində yüksək yerlər uğrunda daha gərgin mübarizə başlayacaq. Əminik ki, cüdoçularımız yüksək nəticələr əldə edəcəklər”.
banner

Oxşar Xəbərlər