Elman Rüstəmov: Manatın devalvasiyası ilə bağlı gözləntilər yoxdur
Azərbaycanda dolların məzənnəsinin manata nisbətdə artması ilə bağlı gözləntilər yoxdur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
E.Rüstəmov qeyd edib ki, bu gün devalvasiya barədə danışmaq qeyri-ciddilikdir:
"Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, tədiyyə balansında profisit qeydə alınıb”.