AZE | RUS | ENG |

Elman Rüstəmov inflyasiyanın aşağı düşməsinin səbəblərini açıqlayıb

Elman Rüstəmov inflyasiyanın aşağı düşməsinin səbəblərini açıqlayıb
"Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar ayında orta illik inflyasiya 5,5% təşkil edib.
 
"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, antiinflyasiya xarakterli pul siyasəti, pul kütləsinin optimal səviyyədə idarə olunması və 2017-ci ilin ortalarından etibarən manatın məzənnəsinin sabitləşməsi inflyasiyanın təkrəqəmli səviyyədə formalaşmasında mühüm rol oynayıb: " Məcmu tələblə təklifin nisbətinin dəyişimi, dünya ərzaq qiymətləri və inflyasiya gözləntiləri də qiymətlərin dinamikasına təsir edən başlıca amillərdən olub.

Qiymətləndirmələrə görə dezinflyasiya meylləri bundan sonra da davam edəcək və 2018-ci ilin sonuna illik inflyasiyanın elan edilmiş hədəf çərçivəsində olması potensialı əhəmiyyətlidir".
 
E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bank tərəfindən ev təsərrüfatları və biznes sektorunda aparılmış sorğular göstərir ki, məzənnənin sabitləşməsi və faktiki inflyasiyanın azalma dinamikası inflyasiya gözləntilərinə azaldıcı təsir edib.
 
"İnflyasiyanın qarşıdakı dövrdə birrəqəmli səviyyədə qalması inflyasiya gözləntilərin azalması və bu gözləntilərin iqtisadi konyunktur dəyişimələrə qarşı həssaslığının aşağı düşməsindən də asılı olacaq".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6668
GBP 1 İngilis funt sterlinqi 2.1815
TRY 1 Türk lirəsi 0.2796
KWD 1 Küveyt dinarı 5.6095
SEK 1 İsveç kronu 0.1862
EUR 1 Avro 1.9602
CHF 1 İsveçrə frankı 1.7199
USD 1 ABŞ dolları 1.7000