• cümə axşamı, 28 mart, 18:27
  • Baku Bakı 13°C

Elm və təhsil xərcləri artırıldı

07.10.13 15:40 1632
Elm və təhsil xərcləri artırıldı
Gələn ilin dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 26, 6 faiz olmaqla (5337, 3 mln manat), 2013-cü illə müqayisədə 1,3 faiz çox nəzərdə tutulub.
Lent.az-ın verdiyi məlumata görə, bu, 2013-cü illə müqayisədə 298,9 milyon manat və ya 5,9 faiz çoxdur.
Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4909,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2013-cü illə müqayisədə 475,9 milyon manat və ya 10,7 faiz çoxdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 24,5 faiz təşkil edəcək. Bu, 2013-cü illə müqayisədə 2,2 faiz çoxdur. Gələn il elm xərclərinə 146,8 milyon manat, 2013-cü illə müqayisədə 16,3 milyon manat və yaxud 12,5 faiz çox vəsait ayrılıb. Növbəti ildə təhsil xərcləri üçün 1653,4 milyon manat, 2013-cü illə müqayisədə 123 milyon manat və yaxud 0,8 faiz çox vəsait ayrılıb.
banner

Oxşar Xəbərlər