• cümə, 19 Aprel, 22:49
  • Baku Bakı 24°C

Əllə oyun” məsələsində yeni qayda

09.04.20 11:38 685
Əllə oyun” məsələsində yeni qayda
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarının əl ilə şərhinə və oyundankənar qaydaların müəyyənləşdirilməsi hallarına bəzi dəyişikliklər edib.
Kaspi.az xəbər verir ki, Şura topun ələ dəyməsi ilə bağlı yeni hədd müəyyənləşdirib. Əgər top qolun çiyindən aşağı hissəsinə dəyərsə, bu, əllə oyun sayılmayacaq.
Üstəlik, top təsadüfən futbolçunun əlinə dəyirsə, bu, o zaman əllə oyun sayılacaq ki, top ya qapıya gedərkən qarşısı alınsın, ya da qol vəziyyəti əngəllənsin.
Oyundankənar vəziyyətin müəyyənləşdirilməsində də dəyişiklik edilib. Yeni qaydalara görə, müdafiə olunan tərf bilərkədən əllə oynayırsa və top oyundankənar vəziyyətdə olan hücum edən futboçuya düşürsə, onda o, oyundankənar vəziyyətdə sayılmayacaq.
İFAB, VAR-la bağlı bildirib ki, video-köməkçilər baş hakimə qərarla bağlı məsləhət verə bilərlər, amma son qərar həmişə ona məxsusdur.
banner

Oxşar Xəbərlər