• cümə, 19 Aprel, 17:03
  • Baku Bakı 25°C

Əliyevlə Ərdoğan nurçuluqla bağlı sualları cavablandırıb

04.04.14 16:10 1191
Əliyevlə Ərdoğan nurçuluqla bağlı sualları cavablandırıb
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri zamanı hər iki ölkənin liderləri media qarşısına çıxıb.
“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyevlə Ərdoğan mətbuat konfransı keçiriblər. Hər iki tərəfdən bir jurnalistə sual vermə imkanı yaradılıb. Sualların hər ikisi əsasən nurçuluqla bağlı olub.
Həm Ərdoğan, həm də İlham Əliyev heç bir ad çəkmədən sualı diplomatik şəkildə cavablandırıblar və bir yerdə olduqlarını bəyan ediblər.
İlham Əliyev bu məsələ ilə bağlı bildirib ki, baş nazir Ərdoğanla gələn ay da görüşləri ola bilər, iyunda da, biz qardaşıq və belə görüşlərin keçirilməsi çox təbiidir: “Elə bir məsələ yoxdur ki, biz onu müzakirə edə bilməyək. Bizim əlaqələrimizə zərrə qədər zərər verəcək addımları qəbul etmirik, etməmişik və etməyəcəyik”.
Baş nazir Ərdoğan isə suala qısa cavab verib və bildirib ki, ortada bir sıxıntı var və hər iki ölkəni narahat edəcək durum varsa demək ki, müzakirə də edilib.
banner

Oxşar Xəbərlər