• cümə, 29 Mart, 00:13
  • Baku Bakı 7°C

Əlişə atam deyirdin, bəs nə oldu?..

31.07.14 10:33 1425
Əlişə atam deyirdin, bəs nə oldu?..
Bu dəfə növbə “QIRMIZI ÖKÜZLƏR”in idi ki, “KÖHLƏN ATLAR” onu da tapdalayıb keçdilər. Hələ bir həftə bundan qabaq “Zalsbirq”u əfsanə edib, futbolçularını demirəm, komandanın az qala masajçısını belə qəhrəmana döndərənlərin kefinə “Qarabağ” elə birinci dəqiqədə “soğan doğradı”.
“Qarabağ” Tfiq Bəhramovda, “Bavariya”ya 3 qol vuran, nə bilim behmankəsə 5 qol vuran “Zalsburq”u əzib keçdi. Bundan sonra səfər oyununda hesabın necə olacağından fərqli olaraq “Qarabağ” “Zalsburq”uun alnına möhür vurub yola saldı, həmçinin Azərbaycanın reytinqinə 0,250 xal gəldi.
“Qarabağ” Azərbaycanın yeganə komandasıdır ki, stadionu dəfələrlə doldurub. Dünən “Tofiq Bəhramov”da iynə atmağa yer yox idi, hələ stadionda kənarda qalan 5 minədək azarkeşi demirəm. “Qarabağ” bir daha sübut etdi ki, o daha kiçik bir Azərbaycan komandası deyil, dünya komandaları sırasındadır. Ona görə ki, komandanın “sükanı” etibarlı əllərdədir. Komandanın arxasında sözün həqiqi mənasında “Qarabağ” uğrunda can qoyan, strateji gedişlər edən şəxs dayanıbdı.
Komandanın prezidenti Abdulbari Gözaal bəy, “Qarabağ” təkcə Ağdama aid deyil” deyəndə bundan şou düzəldib reytinq yığanlar, niyə susur görəsən? Ay qardaşım, gəlin səmimi danışaq. Kişi yalan deyir? Ağdam “Qarabağ”ın doğulduğu yerdi, Amma bu komandanın vətəni Azərbaycandır axı. “Qarabağ” Azərbaycanın brendidir. Artıq “Qarabağ” keçib eeeee Biləcərini. Səni Şərqi, Qərbi Avropada tanıyırlar. Ev oyunları rəqib üçün kabusa, cəhənnəmə çevrilib. “Qarabağ” artıq bölgə komandası deyil. Bu bölgəçiliklə hara gedəsiyik? Azərbaycan vətəndaşı olmayan bir insan gəlib sənin ölkəndə komanda yaradıb, onu bütün dünyada məhşurlaşdırırsa, sponsorluq edib kifayət qədər maliyyə resursları yatırdırsa, onu necə qınamaq olar? Belə insanlara başqa dövlətlərdə heykəllər qoyurlar. Heykəl yox ha heykəllər.
Gəlin, düz düşünək. Bizə bir addım yaxın gələnə, bir addım da biz yaxın gələk. Danışanda əlimizi barı vicdanımızın üstünə qoyaq. Sonra bir-birimizin üzünə dik baxa bilək.
İlqar QULUSOY
banner

Oxşar Xəbərlər