• çərşənbə axşamı, 23 aprel, 20:38
  • Baku Bakı 20°C

Əlini sıxmayıb, bəhanə də tapıb

11.02.19 12:45 582
Əlini sıxmayıb, bəhanə də tapıb
İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Siti” "Çelsi”ni 6:0 hesabı ilə məğlub edib.
Kaspi.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra "Siti”nin baş məşqçisi Xosep Qvard iola "Çelsi”nin çalışdırıcısı Mauritsio Sarriyə yaxınlaşaraq, onunla görüşmək istəyib. Ancaq italyan çalışdırıcı özünün görməməzliyə vuraraq, paltardəyişmə otağına gedib.
Təəccüblə həmkarının arxasınca baxan Qvardiolaya "Çelsi”nin məşqçilər korpusunda yer alan Canfranko Dzola yaxınlaşaraq, onunla söhbət edib. Sarri isə mətbuat konfransında bildirib ki, Qvardolanı görməyib:
"Həmin vaxt Qvardiolanı görmədim. Əlbəttə, bu, normal hal deyil. Hər şey təsadüfən baş verib. Qvardiola ilə danışacağam.
Onunla heç bir problemim yoxdur. Sadəcə, paltardəyişmə otağına tez yollanmaq istəyirdim deyə, onu görmədim”.
banner

Oxşar Xəbərlər