• cümə axşamı, 28 mart, 14:12
  • Baku Bakı 16°C

Əlinə qələm götürən hər kəs jurnalist sayıla bilməz

22.05.13 11:57 1305
Əlinə qələm götürən hər kəs jurnalist sayıla bilməz
"Azərbaycanda əlinə qələm götürən hər şəxs jurnalist sayıla bilməz. Yoxsa internetdə bloq yaradıb istədiyi insanı təhqir edir, sonra da bildirir ki, "Diffamasiya haqqında" Qanuna görə, yalnız cərimə ödəyəcəm. Bu, səhv yanaşmadır. Əlbəttə, bu cəmiyyətdə "bespredel" yaradır. Biz Azərbaycanda qanunsuzluq mühiti yaradacaq heç bir prinsipin üstündə dayanmayacağıq. Kimin tələbi olursa-olsun, buna dəstək verməyəcəyik".
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İnsan Hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda keçirilən tədbirdə bildirib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan hakimiyyətinin mövqeyi bundan ibarətdir ki, ölkədə söz və fikir azadlığını məhdulaşdıracaq heç bir əmələ yol verilməsin. Amma eyni zamanda, Cinayət Məcəlləsinin böhtan və təhqirlə bağlı maddələrinin başqa cür təfsir olunması da düzgün deyil:
"Burada kimdəsə internetin KİV olmasına şübhə var? Xeyr, yoxdur. İnternet indiyə qədər "sahibsiz pişik" kimi istənilən həyətə girirdi, heç kim də onun qarşısına çıxa bilməzdi. Necə olur ki, 10 min tirajı olan bir qəzetdə yazdığı məqaləyə görə jurnalist məsuliyyət daşıyır, amma 3 milyondan artıq insanın oxuduğu internetdəki informasiyaya görə heç kim məsuliyyət daşımır? Bu cür yanaşma ola bilməz. Ona görə də ya internet hər bir ailəyə və cəmiyyətə icazəsiz daxil olmasından imtina edilməlidir, ya da daxil olursa, müəyyən çərçivələr, normalar qorunmalıdır. Heç kim kiminsə evinə qonaq gedən zaman istədiyi formada hərəkət edə bilməz. Əks təqdirdə, onu orada nə gözlədiyini hamı yaxşı bilir. Bu səbəbdən də internetin media olması realdır və internetdəki təhqirə görə də insanlar cavab verməlidirlər".
Əli Həsənovun sözlərinə görə, internetdə təhqirlə bağlı hamı - müxalifət də, iqtidar da, jurnalistlər də, məmurlar da narazıdır. Hamı bu məsələdə nəzarətin olmasını istəyir. Amma qanunda müddəa əlavə edəndə buna qarşı çıxırlar:
"Bu gün biz hakimiyyətdəyik, sabah yerimizi dəyişə bilərik. Siz bunu nəzərə alın ki, hər bir məqamda insanlar qanunların tətbiqi standartlarını universal etməlidirlər ki, sonradan onların tətbiqində problem olmasın".
banner

Oxşar Xəbərlər