• çərşənbə axşamı, 23 aprel, 12:28
  • Baku Bakı 24°C

“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”

04.09.19 16:00 1158
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP – British Council-ın birgə layihəsi olan "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci mərhələsi çərçivəsində iştirakçıların təliminə başlanıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, proqramın ikinci mərhələsi üzrə təlimlərə Bakı şəhərindən 100 nəfər əlilliyi olan şəxs cəlb olunub. Həmin şəxslərə qruplar şəklində ingilis dili, kompyuter bacarıqları öyrədiləcək, psixoloji konsultasiya aparılacaq. Xüsusi iş sahələri üzrə menecerlərin hazırlanması məqsədilə də təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflərin və biznes müəssisələrinin də tərəfdaş qismində proqramda iştirakı təmin olunacaq.
Proqram əlilliyi olan şəxslərin məşğulluq imkanlarının inkişaf etdirilməsinə və əmək bazarına çıxışının dəstəklənməsinə xidmət edir.
banner

Oxşar Xəbərlər