• cümə, 29 Mart, 10:26
  • Baku Bakı 5°C

Əlil uşaqlar Bursaya yola düşdü

24.04.14 14:09 1084
Əlil uşaqlar Bursaya yola düşdü
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə bir qrup əlil uşaq (valideynləri ilə birlikdə) Türkiyəyə yola düşüb. Səfər çərçivəsində əlil uşaqlar uşaq şənliklərində iştirak edəcək və ROMMER fiziki müalicə və reablitasiya mərkəzində "çekap" müayinə olacaqlar. Müayinədən sonra əlil uşaqların valideynləri ilə həkimlərin görüşü keçiriləcək.
AJQA prezidenti Sevil Yusifovanın Kaspi.az-a verdiyi məlumata görə, türk həkimlər tərəfindən əlil uşaqlara qayğı göstərilməsi, valideynlərin onlarla necə məşğul olmaları, uşaqlarına hər gün hansi idman hərəkətlərinin etdirilməsinin vacibliyi və s. məsələlər haqda məlumat veriləcək. “Həmçinin bu cür uşaqların valideynlərinə onların psixoloji durumunun pozulmaması və mənəvi sarsıntılardan qorunması üçün psixoloq məsləhətləri də veriləcək. Bundan başqa əlil uşaqlar üçün tibbi cihazların köməyi ilə az müddətli seanslar təşkil ediləcək. Həmin cihazlara əlillərin bədəninin reaksiyası öyrəniləcək. Bir neçə gün boyunca onların müalicəsi təşkil ediləcək”. Türkiyədə həyata keçiriləcək proqram Bursa şəhər valiliyinin və “Umuda addım” cəmiyyətinin dəstəyi ilə həyata keçiriləcək.
AJQA rəhbəri təşkilatın “Heç olmasa bir əlilə bilet alaq” aksiyasına dəstək olan şəxslərə minnətdarlığını bildirib: “Millət vəkili, professor Gülçöhrə Məmmədova, millət vəkillri Çingiz Qənizadə və Azay Quliyevə sonsuz təşəkkürlərimizi bildiririk. Onlar imkansız ailələrə dəstək olaraq onların əlil uşaqlarının Bursaya getməsinə dəstək oldular”.
T.Məhərrəmova

banner

Oxşar Xəbərlər