• cümə axşamı, 25 aprel, 08:23
  • Baku Bakı 14°C

Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir

18.04.19 12:45 508
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
Əlilliyi olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi vasitəsilə əlil arabası ilə təmin olunmaları üçün müraciət proseduru sadələşdirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindənAZƏRTAC-a bildirilib ki, hazırda həmin şəxslər Tibbi-Sosial Ekspert Komissiyalarının tibbi göstərişi əsasında əlil arabası ilə təmin edilirlər. Bu tibbi göstərişlərin verilməsi üçün isə səhiyyə müəssisələrinin göndərişi (Forma 88) tələb olunur. Reabilitasiya vasitələri ilə bağlı nazirlik tərəfindən hazırlanmış yeni qanunvericilik aktının layihəsində, əlil arabasının təkrar alınması üçün göndəriş (Forma 88) tələbi çıxarılıb.
Ümumilikdə, qanunvericilikdə aparılan islahatlar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatla əlaqədar müraciət prosedurlarının sadələşdirilməsinə xidmət edir. Məqsəd isə bu sahədə süründürməçiliyə zəmin yaradan halların aradan qaldırılması, reabilitasiya sisteminin şəffaf və ədalətli, əlilliyi olan şəxslərə daha əlçatan şəkildə qurulmasıdır.
banner

Oxşar Xəbərlər