• çərşənbə, 24 Aprel, 15:43
  • Baku Bakı 27°C

Əlikram Hümmətov indi də işğal olunmuş Dağlıq Qarabağa gedib

26.09.13 12:23 1354
Əlikram Hümmətov indi də işğal olunmuş Dağlıq Qarabağa gedib
Azərbaycan vətəndaşlığından məhrum edilərək ölkədən qovulan separatçı Əlikram Hümmətov işğal olunmuş Dağlıq Qarabağa səfər edib.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Ə. Hümmətov Dağlıq Qarabağdakı qondarma, separatçı rejimin “parlament sədri” Aşot Qulyanla görüşüb. O, görüşdə Azərbaycanın dövlət suverenliyinə zidd bəyanatlar səsləndirib.
Tərəflər “erməni və talış xalqlarını çoxəsrlik dostluğu” haqqında danışıblar. Ə. Hümmətov iddia edib ki, onun soydaşları Qarabağ xalqının “müstəqil dövlət yaratmaq yolunda nailiyyətlərini” diqqətlə izləyir...
banner

Oxşar Xəbərlər