• cümə axşamı, 28 mart, 19:06
  • Baku Bakı 13°C

Əlikram Hümmətov Ermənistana getdi

24.09.13 10:16 1160
Əlikram Hümmətov Ermənistana getdi
1993-cü ildə Azərbaycanın cənub zonasında qondarma “Talış-Muğan Respublikası” elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan Əlikram Hümmətov Ermənistana səfərə gedib. APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, Ə. Hümmətovun səfərində məqsəd İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında “talışşünaslıq” proqramının açılış mərasimində iştirak etməkdir.
Ə. Hümmətovun Ermənistanın elmi və ictimai-siyasi dairələri ilə görüşlər keçirəcəyi, daha sonra Dağlıq Qarabağa gedərək “Arsax Universiteti”ndə mühazirə oxuyacağı bildirilir.
banner

Oxşar Xəbərlər