• şənbə, 20 Aprel, 10:11
  • Baku Bakı 14°C

Əlikram Bayramov insanları dünyanı sevməyə səslədi

24.10.18 17:05 755
Əlikram Bayramov insanları dünyanı sevməyə səslədi
"Əsrin gözəli”-deyərək xanımlarımızı gözəl adlandıran müğənni Əlikram Bayramov sözləri Hüseyn Arifə, musiqisi mərhum bəstəkar Tahir Əkbərə aid olan bəstə "Bu dünyanı sevək” adlı yeni mahnısını media nümayəndələrinə təqdim etdi.
İfaçı təbiətə vurğun olduğunu və təqdim etdiyi yeni klipi ilə insanları təbiəti qorumağa səslədiyini bildirdi: "Mahnı illər öncə mənə təqdim olunanda da bəstəkar "Biz təbiəti itiririk” sözlərini demişdi”. Onun bu sözləri mənə çox təsir etmişdi .
Mərhum bəstəkar Tahir Əkbərin həyat yoldaşı da təqdimatda iştirak edib. O, mahnının illər öncə yazıldığını bildirib: "Tahir müəllim öz sözünü 3 notla deyə bilən bəstəkarlardan idi. Bu əsərin 15, ya 18 illik ömrü var. Çünki bu mahnı Əlikram bəyə təqdim olunanda qızımız çox balaca idi. Həmin vaxt Ə.Bayramova 4 mahnı verilmişdi. Tahir bəyin çox gözəl duyumu var idi. Buna görə də o, Əlikram bəyə inandı”.

Klipi bu linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=Tgn1XDjhDAk&feature=youtu.be&fbclid=IwAR34G2iBDvSWp61jH696UioQCwOjrv0XdciAJBs9OPwlZs68lRHWrBkgqUU






banner

Oxşar Xəbərlər