• şənbə, 27 Aprel, 02:21
  • Baku Bakı 14°C

Əlibəyli kəndi enerjisiz qaldı - Erməni təxribatı

15.04.14 08:52 947
Əlibəyli kəndi enerjisiz qaldı - Erməni təxribatı
Əlibəyli kənd icra nümayəndəsi Valeh Kərimovun APA-ya verdiyi məlumata görə ermənilər təxminən saat 18 radələrindən başlayaraq saat 24 radələrinə kimi kəndi iri caplı silahlardan atəşə tutublar. Onun sözlərinə görə, nəticədə kəndin qaz xətləri, elektrik dirəklərindən bir neçəsi sıradan çıxıb. Hazırda kənd qaz və işıqsız qalıb. İcra nümayəndəsi bildirib ki, səhər saatlarından başlayaraq aidiyyəti qurumlar kənddə qaz və elektrik enerjisinin bərpa edilməsi istiqamətində təmir işləri aparırlar.
İcra nümayəndəsinin bildirdiyinə görə, ermənilərin dünən kəndi davamlı olaraq atəşə tutması nəticəsində 100-ə yaxın evin damı zədələnib. Bəzi evlərin içərisinə hətta güllələr girərək yanğına səbəb olub.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.
banner

Oxşar Xəbərlər