• şənbə, 20 Aprel, 07:09
  • Baku Bakı 14°C

“Əli və Nino”nun sahibəsi boşandı

16.09.13 14:51 1572
“Əli və Nino”nun sahibəsi boşandı
"Əli və Nino" kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli və yazıçı İsmayıl İmanov boşanıblar. Onların boşanma səbəbləri və tarixi məlum deyil.
Milli.Az xəbər verir ki, İsmayıl İmanov sentyabr ayının 13-də Səbinə adlı xanım ilə ikinci dəfə ailə həyatı qurub.
Məsələ ilə bağlı Nigar Köçərli Milli.Az-a şəxsi həyatının ancaq ona aid olduğunu, bu məsələ ilə bağlı heç bir şey demək istəmədiyini bildirib:
"Mən bu barədə heç nə demək istəmirəm. Bu, mənim şəxsi həyatımdır. Sizin şəxsi həyatınız barədə kimsə nəsə yazsa, xoşunuza gələr?" - deyə Nigar xanım bildirib.
İsmayıl İmanov ilə də əlaqə saxladıq. O, Facebook vasitəsilə bu söhbətlərlə bağlı Nigar Köçərliyə müraciət etməyimizi istədi:
"Mənim şəxsi həyatım nə müzakirə üçün, nə də xəbərlər üçün bəhanə deyil. Nigar Köçərliyə sualınız varsa, birbaşa ona müraciət edin". - deyə o bildirib.
Nigar Köçərli bu gün qızını ilk dəfə məktəbə yola salıb.
Xatırladaq ki, Nigar Köçərli Azərbaycanda mütaliə mədəniyyətinin formalaşmasında böyük rola sahibdir. O, 2001-ci ildə “Əli və Nino” kitab mağazaları şəbəkəsini yaradıb.
banner

Oxşar Xəbərlər