• cümə, 19 Aprel, 06:08
  • Baku Bakı 13°C

Əli Nağıyev yol qəzasına düşdü

12.09.13 09:12 1737
Əli Nağıyev yol qəzasına düşdü
APA-nın məlumatına görə, hadisə ötən gün saat 17.00 radələrində Türkiyə səfirliyinin qarşısında qeydə alınıb. İçərisində Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini Əli Nağıyevin olduğu “Toyota Camry” markalı maşın başqa bir avtomobillə toqquşub.
Qəza nəticəsində Ə. Nağıyev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya hadisəni təsdiqləsələr də, bu barədə əlavə açıqlama verilməyib.
Qeyd edək ki, Ə. Nağıyevin qəzaya düşdüyü maşın onun xidməti avtomobili olub.
Avtomobili isə sürücüsü idarə edib.
banner

Oxşar Xəbərlər