• şənbə, 20 Aprel, 03:50
  • Baku Bakı 15°C

Əli Laricani İran parlamentinin sədri postuna namizəd olmaq istəmir

01.12.19 20:45 557
Əli Laricani İran parlamentinin sədri postuna namizəd olmaq istəmir
İran parlamentinin sədri Əli Laricani yenidən spiker postu uğrunda mübarizə aparmayacağını bəyan edib.
APA-nın "Press TV”yə istinadən verdiyi məlumata görə, Ə. Laricani 2008-ci ildən İran parlamentinin sədri postunu tutur.
Ə. Laricani sonuncu dəfə 2019-cu ilin mayında 274 deputatdan 155-nin dəstəyi ilə spiker seçilib. İran parlamentinin sədri ildə bir dəfə, qaydaya əsasən, mayda seçilir.
Ə. Laricani bildirib ki, spiker postu uğrunda mübarizə aparmaq planı yoxdur: "12 il parlamentə rəhbərlik etmək üçün yetərli müddətdir. Mən parlamentin sədri postu uğrunda mübarizə aparmamaq barədə qərarı birdən-birə qəbul etməmişəm, uzun müddət bu barədə düşünmüşəm. Mənimbu qərarım parlamentin fəaliyyətinə təsir göstərməyəcək. Parlamentdə bu postu tutacaq və bunu bacaracaq digər deputatlar var”.
banner

Oxşar Xəbərlər