• cümə axşamı, 28 mart, 14:40
  • Baku Bakı 16°C

Əli Laricani: “İran Azərbaycan Respublikası ilə dostluğunda sabitqədəmdir”

18.12.17 12:10 1841
Əli Laricani: “İran Azərbaycan Respublikası ilə dostluğunda sabitqədəmdir”
"Azərbaycan və İran həmişə dost olaraq qalacaq”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani bu ölkədə səfərdə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə deyib.
Ə. Laricani bildirib ki, Azərbaycan və İran arasındakı əlaqələrin qədim tarixi var və bu iki ölkə həmişə dost və bir-birinə dayaq olacaq: "İran İslam RespublikasıAzərbaycan Respublikası ilə dostluğunda sabitqədəmdir. İki ölkənin mədəni yaxınlığı var və bu, iqtisadi-siyasi əlaqələrin də inkişaf etdirilməsinin zəruriliyi üçün möhkəm bir təməldir. Regiondakı mövcud durum vəqeyri-sabitlik iki ölkənin siyasi və təhlükəsizliksahəsində əlaqələri inkişaf etdirməsini zəruri edir”.
Ə. Laricani İran və Azərbaycan arasında Xəzər dənizində əməkdaşlığın zəruriliyini vurğulayıb: "Bu sahədə iki ölkənin prezidentləri arasında çox yaxşı danışıqlar olub. Ümid edirikki, Xəzər dənizisülh, sabitlik və geniş əməkdaşlıq üçün platformaya çevriləcək”.
Vasif Talıbovisə Azərbaycan və İran arasında əlaqələrin dostluq və qardaşlıq üzərində qurulduğunu, bu dostluğun daimi olduğunu bəyan edib. O, əlaqələrin inkişafında hər iki ölkə parlamentlərinin dostluq qruplarının rolundan danışıb və bildirib ki, dostluq qrupları indiyədək geniş fəaliyyət göstərib.
V. Talıbov iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
banner

Oxşar Xəbərlər