AZE | RUS | ENG |

Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır

Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
Azərbaycanda radikal müxalifətin milli dövlətçilik institutlarına nifrəti o həddə çatıb ki, ölkədə hüquqi sistemin öz funksiyasını yerinə yetirmə proseduru da xüsusi siyasi hadisə kimi qiymətləndirilir, qarayaxma predmetinə çevrilir. Bu, müxalifətçilik deyil, milli dövlətlə, onun funksional idarəetmə aparatı ilə düşmənçilikdir.

Hər bir demokratik cəmiyyətdə ictimai münasibətlərin hüquqla tənzimlənməsi sadəcə labüddür. Azərbaycanda da hamı qanun qarşısında bərabər olduğu üçün kimin hansı vəzifədə olmasından, hansı xüsusi statusu daşımasından asılı olmayaraq törətdiyi əmələ görə cəzalandırılması ənənəsi var və bu, hüquqi dövlətin tələbidir.

Əli Kərimli isə dövlətə ədaləti təmin edən sosial institut kimi deyil, özlərinin hakimiyyəti dövründə olduğu kimi, şəxsi cəzalandırma vasitəsi kimi baxdığına görə ona elə gəlir ki, indi də elədir və qanunu pozan yüksək çinli dövlət məmurları yalnız ona görə cəzalandırılır ki, onlar kiminsə mənafelərinə toxunub. Nə etmək olar, axı "aşıq gördüyünü çağırar”.

Əli Kərimli və onun təmsil olunduğu siyasi komanda hakimiyyətdə olanda dövlətin güc strukturları yalnız ona rəhbərlik edən şəxslərin və onların yaxın əhatəsinin cəza aləti kimi istifadə edilib. Ona görə də Əli Kərimli hələ də elə düşünür ki, indi də vəziyyət onların dövründə olan kimidir. Bu cür yanaşma Əli Kərimlidə dövlətçilik və hüquqi təfəkkürün natamam olması ilə əlaqədardır.

Məsələn o dövrdə daxili işlər naziri olan İsgəndər Həmidov bu güc strukturunun imkanlarından ona xoş gəlməyən jurnalistləri döymək, avtomobilin yük yerinə atmaq, yazdığı yazını yedirtmək, başqasının mühafizəçisini güllələtdirmək, televiziyalarda müxalif fikir səsləndirənlərə basqın etmək üçün istifadə edirdi.

Baş nazir Pənah Hüseynov ölkənin bütün əmlakını özününki hesab edir, hətta arxeoloji qazıntılar zamanı tapılan qızıl sikkələri belə özünün şəxsi malı kimi görürdü.

Rəhim Qazıyev, Leyla Yunus və s. digərləri xaricdəki öz başbilənlərindən direktivlər alır, AXC-"Müsavat” hakimiyyətini ümumiyyətlə qəbul etmirdilər. Ancaq indi Əli Kərimlinin də etiraf etdiyi kimi Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmuru da, millət vəkilinin yaxını da və ümumiyyətlə kimliyindən asılı olmayaraq hər bir vətəndaş törətdiyi qeyri-qanuni əmələ görə cəzalandırılır. Bu, belə də olmalıdır. Əli Kərimli həqiqətən müxalifətçi olsaydı bunları təqdir etməli, Azərbaycanda hüquqi sistemin işini yüksək qiymətləndirməli idi. Ancaq onun siyasi və hüquqi təfəkkürü elə təqribən "Relaks” istirahət mərkəzində çalışan bəzi "işçilərin” təfəkkürü səviyyəsində olduğu üçün, hüquqi mexanizmin qanunu pozanlara tətbiqini də elə "Relaks”a qanunu vəzifələrini icra etməyə gəlmiş dövlət məmurlarına həmin "işçilər” tərəfindən göstərilən münasibət səviyyəsində qiymətləndirir və şərh edir. Belə olan halda isə "Relaks” istirahət mərkəzində qanunun tətbiqinə qarşı çıxanlarla Əli Kərimli arasında heç bir fərq yoxdur.

Hikmət BABAOĞLU
Millət vəkili



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973