Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb

Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb

Təfsilat
21 Oktyabr 2019, 09:45 205
Paytaxtın mərkəzində iğtişaşlar yaratmağa cəhd göstərmiş radikal müxalifət bir daha sübut etdi ki, onun bütün fəaliyyəti dövlətçiliyi məhv etməklə, ölkə vətəndaşlarını alçaldılmış dilənçilərə çevirməkdir.

"Müxalifət coşğunluğunun” səbəbi nə idi? Onlar nəyə və nəyin hesabına ümid edirdilər?
Birincisi, Əli Kərimli Azərbaycan radikal müxalifətinin "liderlərindən” biri kimi, başa düşür ki, gün keçdikcə onun siyasi karyerasının perspektivləri daha da acınacaqlı olur. Ona görə də xarici mərkəz və təşkilatları maraqlandırmaq üçün ona ölkədəki vəziyyəti destabilizə etmək lazım idi. Onu gülünc obyektinə çevrilmək perspektivi qətiyyən narahat etmir və o hər dəfə daha böyük səylə öz qəzəbli gücsüzlüyünü göstərməyə çalışır.
İkincisi, Əli Kərimli reallıq hissini itirib. O başa düşmür ki, Azərbaycan cəmiyyəti onu çoxdan ciddi qəbul etmir. Azərbaycan cəmiyyəti anlayır ki, Əli Kərimli və digər "liderlərin” merkantil maraqları boş demaqoqluqdan başqa bir şey deyil. Artıq o həddə çatıb ki, onların fikirləri və bəyanatları onların azalmaqda olan tərəfdarları arasında da gülüş obyektinə çevrilib.
Bu gün Əli Kərimlinin bir niyyəti var: nəyin bahasına olur olsun, üzdə qalmaq və imkan yarandıqca öz mövcudluğunu nümayiş etdirmək.
Məsələn, Əli Kərimli iddia edib ki, onu dünən evinin qarşısında polis əməkdaşları gözləyib və bölməyə aparıblar, orada isə onu döyüblər, işgəncə veriblər, boğublar, sonra isə müayinə üçün xərəkdə DİN-in hospitalına çatdırıblar.
Burada suallar yaranır. Birincisi, əgər onun evinin qarşısında polislər gözləyirdisə, o necə şəhərin mərkəzinə gəldi? Niyə onu evin çıxışında həbs etmədilər?
İkincisi, əgər onu döyüblərsə, boğublarsa, işgəncə veriblərsə, necə olur ki, az qala boğulmaqdan ölən, "döyülmüş” şəxs özü təkbaşına evə gəlib çıxır və xaricdə məskunlaşmış Sevinc Osmanqızına uzun müsahibə verir və boğazını göstərərək iddia edir ki, onu ayaqla boğublar. Cızılmış alına gəldikdə isə, DİN-dən bildiriblər ki, o alnını avtobusda təsadüfən əzib, çünki saxlanan zaman o, özünü qeyri-adekvat və isterik şəkildə aparıb.
Ə.Kərimlinin xasiyyətini bildikləri üçün, DİN-də qərara aldılar ki, onu tam müayinə etsinlər. Arif Heydərov adına DİN hospitalının rəisi İsbi Babaxanov bildirib ki, tam müayinədən sonra Əli Kərimli evə buraxılıb:
"Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Vətəndaş Kərimli hospitalda baş beyin kompüter tomoqrafiyası, abdominal və torakal kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılmış və müayinə protokolları ona təqdim olunub. O, hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmamışdır. O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək keçib”.
Bütün bunların fonunda bir nəticəyə gəlmək olar. Əli Kərimli və bütün radikal müxalifət artıq heç kimə maraqlı deyil, ona görə də onların tezliklə unudulmaq qorxusu gün keçdikcə daha da artır. Onların qarşısında əbədi təlxək rolunda Qərbə müraciət edən "rejimin qurbanları” olmaqdan çıxmaq təhlükəsi dayanıb. Dağılmaqda və ölüm ayağında olan radikal müxalifətin sıraları dəfn olunmağa hazırdır. Papaqları çıxarmaq olar, çünki bir azdan meyiti çıxaracaqlar.
Trend Siyasət şöbəsi