• cümə, 29 Mart, 02:09
  • Baku Bakı 7°C

Əli Kərimli sərbəst buraxılıb

28.06.19 15:15 748
Əli Kərimli sərbəst buraxılıb
AXCP sədri Əli Kərimli sərbəst buraxılıb.

XXX

saat 13:52
Bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub.
Trend-in məlumatına görə, onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.
Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.
banner

Oxşar Xəbərlər