• cümə, 19 Aprel, 12:32
  • Baku Bakı 25°C

Əli Hüseynli: "Türkiyə 2016-cı il 15 iyul hadisələrindən sonra daha müstəqil, daha demokratik dövlət olub"

18.07.18 09:26 438
Əli Hüseynli: "Türkiyə 2016-cı il 15 iyul hadisələrindən sonra daha müstəqil, daha demokratik dövlət olub"
Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilən "Dövlət çevrilişi ilə mübarizə və 15 iyul” adlı beynəlxalqsimpoziumda iştirak edib.
APA-nın məlumatına görə, nümayənə heytinə Azərbaycan-Türkiyə Platformasının üzvləri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədriƏli Hüseynli, MM əməkdaşları,Vəkillər Kollegiysının sədri Anar Bağırov və bir qrup hüquqşünas daxil olub.
Türkiydən və xaricdən bir sıra rəsmi şəxslərin, ekspertlərin qatıldığı simpoziumda "15 iyul və islam dünyası”, "Dövlət çevrilişi cəzalandırılmaları” və "Osmanlıdan bu günümüzə qədər dövlət çevrilişləri” adlı mövzular müzakirə olunub.
Əli HüseynliTürkiyədə 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhdlə bağlı danışaraq bildirib ki, Azərbaycan bu hadisəyə elə həmin anda reaksiya verib,bu cəhdi pisləyib: "Prezidentİlham ƏliyevAzərbaycan xalqıvə dövlətinin Türkiyə xalqı və dövləti ilə birlikdə olduğunu vurğulayıb. Digər türkdilli ölkələr də bu dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyiblər”.
Ə. Hüseynli Azərbaycanın müstəqillik tarixində də bu cür halların təkrarlandığını xatırladıb: "Ulu öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə gəldikdən sonra vəBakı-Tbilisi-Ceyhanneft müqaviləsi imzalanan vaxtda , yəni 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər olub. Bizim qardaş Türkiyə ilə bu anlamda tariximizin oxşar məqamları da var. Azərbaycan müstəqilliyini 1991-ci ildə əldə etməsinə baxmayaraq onun ilk illəri çox gərgin və çətin keçib. Torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Yalnız 1993-cü ildə Heydər Əliyevin xalq tərəfindən hakimiyyətə dəvət olunmasından sonra Azərbaycan real müstəqil dövlət kimi tanınmağa başlayıb. Əslində 2016-cı ilin 15 iyulunda Türkiyədə baş verən hadisələrdən sonra qardaş ölkə daha müstəqil, daha demokratik olub. Azərbaycan xalqı həmişə qardaş Türkiyə xalqı ilə birlikdədir və bundan sonra da həmişə birgə səylərlə ölkələrimzə olan hər hansı cəhdin, müdaxilənin qarşısı alınacaq”.
banner

Oxşar Xəbərlər