• şənbə, 20 Aprel, 07:08
  • Baku Bakı 14°C

Əli Hüseynli: “Rusiya səylərini daha da artırmalıdır”

05.06.18 13:36 853
Əli Hüseynli: “Rusiya səylərini daha da artırmalıdır”
Azərbaycan nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvada keçirilən "Parlamentarizmin inkişafı" adlı beynəlxalq forumda iştirak edir.
APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynlinin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinə deputat Malik Həsənov və MM Aparatının beynəlxalq münasibətlər şöbəsinin məsləhətçisi İlqar Nəbiyev daxildir.
Forumda Ermənistan parlamentinin sədri Ara Babloyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan iddialar səsləndirib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev isə münaqişə barədə beynəlxalq ictimaiyyətin və Azərbaycanın mövqeyini izah edib. O bildirib ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi ancaq suveren dövlətlərin ərazi bütövlüyü çərçivəsində gerçəkləşə bilər. A. Hacıyev separatizmin və qanunsuz miqrasiya probleminin dünyada təhlükəsizlik üçün ciddi təhdid olduğunu söyləyib.
Çıxış edənƏli HüseynliBMTBaş Asambleyasının qətnamələrini,Avropa ŞurasıParlament Assambleyasının qərarlarını xatırladaraq nəzərə çatdırıb ki, həmin sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınır: "Ermənistan Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib”.
Ə. HüseynliXocalısoyqırımını xatırladaraq bununla bağlı qərarlar qəbul etmiş Meksika, Kolumbiya, Serbiya, Pakistan, Peru və digər ölkələrin parlamentlərinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Rusiya böyük dövlət kimi beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində səylərini daha da artırmalıdır.
Ə. Hüseynli qeyd edib ki, müasir dövrdə parlamentlərin xarici siyasi fəaliyyəti mühüm əhəmiyyət kəsb edir: "Beynəlxalq parlament təşkilatlarında Azərbaycan və Rusiya deputatları səmərəli əməkdaşlıq edir. Bu gün Rusiya-Türkiyə-Azərbaycan və Rusiya-Azərbaycan-İran əməkdaşlığına ölkə parlamentləri önəmli dəstək verir. Bu əməkdaşlıq məhz sülhə və təhlükəsizliyə xidmət edir”.
Tədbir davam edir.
banner

Oxşar Xəbərlər