• cümə, 26 Aprel, 12:50
  • Baku Bakı 23°C

Əli Hüseynli: “Elmar Vəliyevə qarşı törədilən ağır cinayətə adekvat hüquqi qiymət veriləcək”

06.07.18 14:45 602
Əli Hüseynli: “Elmar Vəliyevə qarşı törədilən ağır cinayətə adekvat hüquqi qiymət veriləcək”
"Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizə polisinə qarşı törədilmiş cinayətə bəzi mətbuat vasitələrində və sosial şəbəkələrdə hər hansı formada qiymət verilməsi cəhdlərinə baxmayaraq, bu, ağır cinayətdir. Buna adekvat hüquqi qiymət veriləcək”.
Bu sözləriAPA-ya açıqlamasındaMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədriƏli Hüseynlibildirib.
Ə. Hüseynli qeyd edib ki, bu cinayətə şəxsi ədavət zəminində, dini baxışlar fonunda və ya məmur-vətəndaş münasibətləri çərçivəsində yanaşmağa çalışaraq ictimai fikri çaşdırmaq yolverilməzdir: "Azərbaycan hüquqi dövlətdir və bu cür hallar hüquq çərçivəsində həll olunmalıdır”.
Komitə sədri deyib ki, E. Vəliyev bundan əvvəl Yevlax rayonunda İH başçısı işləyərkən də əhali ilə təmasda diqqətli olub: "Yevlaxdan seçilən bir deputat kimi deyə bilərəm ki, o vaxtonun fəaliyyətiniyerli camaat təqdir edirdi. Həmişə əhalinin həssasolduğu dəyərlərvə insanların sosial şəraiti onun diqqətində olub. Fəaliyyəti zamanı tabeliyində olan və işinin öhdəsindən gələ bilməyən yerli məmurlara iradlar bildirirdi. Sadə insanların, ümumiyyətlə, vətəndaşların hüquqlarının qorunmasındadaim həssaslıq nümayiş etdirirdi. O, cənab prezidentin dediyi kimi, əhalinin xidmətçisi olub. Bunu Yevlaxda çoxları təsdiq edər”.
banner

Oxşar Xəbərlər