AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əli Hüseynli: “Deputatlar beynəlxalq təşkilatlarda, dünya mediasında çox ciddi işlər görür”

Əli Hüseynli: “Deputatlar beynəlxalq təşkilatlarda, dünya mediasında çox ciddi işlər görür”

Cəmiyyət
27 Oktyabr 2020, 11:45 161
"Milli Məclisin deputatları həm təmsil olunduğumuz beynəlxalq təşkilatlarda, həm də dünya mediasında çox ciddi işlər görməkdədir”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında I Vitse-spiker Əli Hüseynli deyib.
 
O bildirib ki, dünən komitə sədrlərinin iclasında parlamentin spikeri Sahibə Qafarova bu məsələyə toxunub: "Sahibə xanım bir daha deputatlara təşəkkürünü çatdırdı. Bildirdi ki, həm döyüş meydanında, həm də siyasi-diplomatik meydanda deputatların da verdiyi çox ciddi töhfələr var”.