• cümə, 29 Mart, 12:03
  • Baku Bakı 14°C

Əli Həsənovun səkkiz dildə nəşr olunmuş kitablarının təqdimatı keçirilib - Fotolar

25.02.17 15:05 1076
Əli Həsənovun səkkiz dildə nəşr olunmuş kitablarının təqdimatı keçirilib - Fotolar
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun 8 dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin) çap olunmuş "Xocalısoyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimi keçirilib.
APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində dövlət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri və başqa şəxslər iştirak ediblər.
Hər iki kitabın elmi redaktoru Elçin Əhmədov bildirib ki, "Xocalısoyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabında son iki əsrdə azərbaycanlılara qarşı ermənilərin məqsədli şəkildə həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilib: "Bu kitabda Ermənistanın 1988-1993-cü illərdə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. KitabdaXocalısoyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər də yer alıb”.
E. Əhmədov qeyd edib ki, "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabında ermənilərin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrinə məruz qalması tarixi mənbələr əsasında təhlil edilib.
Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoruMusa Qasımlıdeyib ki, 25 il əvvəl Xocalıda Ermənistanın dövlət siyasəti nəticəsində soyqırımı törədilib: "Hər iki kitabı Azərbaycan siyasət tarixində ciddi hadisə hesab edirəm. Kitablar mahiyyəti, konsepsiyasına görə bir-biri ilə sıx bağlıdır. Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi, ermənilərin xalqımıza qarşı törədilən cinayətlər sistemli şəkildə tədqiq olunub. Bu kitablarının hər bir abzası ayrıca dissertasiya mövzusu ola bilər. Bu kitablara təxminən 3 milyard insan çata biləcək. Hesab edirəm ki, bu kitablar Azərbaycan prezidenti İlham Əliyevin hücum taktikasını həyata keçirmək üçün ciddi vasitədir”.
Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral qeyd edib ki, Əli Həsənovun müəllifi olduğu kitablarda ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər xəritələr, fotolar və digər sübutlarla dünya ictimaiyyətinə çatdırılıb. Səfir əlavə edib ki, kitablar dünya əhalisinin yarısına xitab edir: "Mən Əli Həsənovun xarici siyasət sahəsindəki qiymətli fikirləri ilə çoxdan tanışam. Düşünürəm ki, hər iki kitab Azərbaycanın yaxın tarixini, ermənilərin Azərbaycana qarşı apardığı soyqırımı, etnik təmizləmə və təcavüzkarlıq siyasətini öyrənmək üçün qiymətli tədqiqat işidir”.
Millət vəkili Çingiz Qənizadə kitablarda aparılan təhlillərin oxucunu yormadığını vurğulayıb: "Xocalıda törədilmiş soyqırımı faktlar və mənbələr əsasında öyrənilib. Kitablarda soyqırımı ilə bağlı beynəlxalq konvensiyalara istinad edilməsi beynəlxalq aləm üçün ciddi siqnaldır”.
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, hər iki kitab pafos və patetikadan uzaq, soyuqqanlı şəkildə, proseslərin mahiyyəti barədə olan qiymətli mənbədir.
Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, kitablar Azərbaycan xalqına qarşı törədilmiş etnik təmizləmə, o cümlədənXocalısoyqırımının mahiyyətini, məzmununu dərk etmək üçün əyani vəsaitdir: "Hər iki kitab mövzu və ideya baxımından bir-birini tamamlayır. Kitablar beynəlxalq sənədlər toplusu kimi qarşımıza çıxır. Kitablar hazır ssenaridir, erməniçiliyi anlamaq üçün çox yaxşı bələdçidir. Kitablar əsasında çox yaxşı film də çəkmək olar. Akademik üslubda, həm də aydın şəkildə yazılan hər iki kitabın geoloji, beynəlxalq və ideoloji aspektlərini ayrı-ayrılıqda təhlil etmək olar. Kitablar milli yaddaşımız üçün çox əhəmiyyətlidir. İstifadə edilən mənbələr, qaynaqlar qeyri-azərbaycanlı mənbələrdir, erməni və rus müəlliflərinə istinad olunub. Bu da informasiyanın doğruluğu baxımından vacibdir”.
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib ki, kitabınBMTdillərində dünyaya çatdırılması unikal bir işdir: "Biz informasiya müharibəsinə cəlb edilmişik. Bugünkü informasiya müharibəsində ermənilər qarşısında bu iki kitab bizim ağır artilleriyamız kimi dəyərlidir”.
SondaƏli Həsənovçıxış edərək hamıya öz təşəkkürünü bildirib: "Bu kitablar Azərbaycan prezidentininXocalısoyqırımının 25 illiyi ilə bağlı imzaladığı fərmana müvafiq olaraq çap olunub. Hər iki kitabın mətni yığcam şəkildə 31 səhifədən ibarətdir, bu, bir məqalədir. Bunların kitab halına salınması, 8 dildə tərcümə olunması isə xüsusi bir işdir. Bu kitablarda bizim dünya ictimaiyyətinə son 200 ildə ermənilərin başımıza gətirdikləri bəlalar haqda çatdırdığımız hədəflər 31 səhifədə verilib. Kitablarda xəritələr, digər sənədlər yer alıb. Kitabların ərsəyə gəlməsində buraxılışa məsul, AzərTAC-ın baş direktoru Aslan Aslanova və AzərTAC-ın kollektivinə, kitabların elmi redaktoru Elçin Əhmədova, vətəndaşlıq missiyası ilə tərcümə işini həyata keçirən Azad Akifoğluna təşəkkürümü bildirirəm. Biz Sasanilər, Əhəmənilər, Rusiya, Osmanlı, Monqol-tatarların əsarəti altında olmuşuq. Həmin dövrlərin xəritələri toplanaraq tərcümə olunub. Kitablar 8 dildə çap olunub. Dünyadakı 7 milyard əhalinin əksəriyyəti bu 8 dildən birini bilir. Kitablar elektron şəkildə buraxılacaq. Biz dünya ictimaiyyətinə demək istədiklərimizi yığcam, sistemli şəkildə kitablarda təqdim etmişik.
Fürsətdən istifadə edibXocalıhəqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya ədalət” kampaniyası çərçivəsində xarici ölkələrinXocalısoyqırımını tanıyan bəyanatları, qətnamələri kitablarda əksini tapıb. Kitablar əsasında hazır mənbəşünaslıq bazası yaradılıb. Bu kitablar düşmənçilik, qisasçılıq aşılamır. Erməni xalqı özü də cinayətkar Ermənistan hakimiyyətinin girovuna çevrilib. Bu kitablarda sülh çağırışı, Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluq şəraitində yaşamağa çağırış var. Bununla belə, biz Xocalıda xalqımızın başına gətirilən soyqırımını heç vaxt unutmayacağıq. Azərbaycan prezidentiİlham ƏliyevDağlıq Qarabağ probleminin həlli istiqamətində yorulmaz fəaliyyətini davam etdirir və bu məsələ tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”.















banner

Oxşar Xəbərlər