AZE | RUS | ENG |

Əli Həsənovun “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti” adlı kitabı Düşənbədə tacik və rus dillərində çap olunub

Əli Həsənovun “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti” adlı kitabı Düşənbədə tacik və rus dillərində çap olunub
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti” adlı kitabı Düşənbədəki "Buxaro” nəşriyyatında tacik və rus dillərində çap olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə nəşr edilmiş kitabı tacik dilinə Gulnazar Keldi tərcümə edib. Artıq on birinci dildə nəşr edilmiş əsərdə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, yerləşdirilməsi və xalqımıza qarşı törətdikləri soyqırımları kitabda sistemli şəkildə öz əksini tapıb. Bununla yanaşı, əsərdə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Göstərilir ki, erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə "Armenakan”, 1887-ci ildə Cenevrədə "Hnçaq”, 1890-cı ildə isə Tiflisdə "Daşnaksütyun” partiyalarını yaratdıqdan sonra ermənilərin "böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub və onlar öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar.
Monoqrafiyada 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsi elmi mənbələrə əsasən tədqiq edilir.
Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair xəritələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında fotolar da yer alıb. Bununla yanaşı, XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Bu soyqırımı aktı bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi səciyyələndirilir. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin strateji əhəmiyyətini şərtləndirən səbəblər öyrənilir.
Əsərdə Xocalı soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülən işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq olunur. Müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlarından heç də geri qalmır.
Kitab təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6952
GBP 1 İngilis funt sterlinqi 2.2343
TRY 1 Türk lirəsi 0.3567
KWD 1 Küveyt dinarı 5.6106
SEK 1 İsveç kronu 0.1921
EUR 1 Avro 1.9947
CHF 1 İsveçrə frankı 1.7152
USD 1 ABŞ dolları 1.7000