AZE | RUS | ENG |

Əli Həsənov Venesiya Komissiyasının rəyinə münasibət bildirdi

Əli Həsənov Venesiya Komissiyasının rəyinə münasibət bildirdi
Əli Həsənov: “Düşünürük ki, bu rəy Venesiya Komissiyasına təqdim olunan qanunun tərcüməsindəki təhriflər nəticəsində formalaşıb”

“Azərbaycanın dini etiqad azadlığı haqqında qəbul etdiyi qanun Avropa standartlarına uyğundur”.

Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Venesiya Komissiyasının “Dini etiqad azadlığı haqqında” qanuna verdiyi rəylə bağlı APA-nın sualına cavab olaraq deyib:

“Düşünürük ki, bu rəy Venesiya Komissiyasının ayrı-ayrı nümayəndələrinə təqdim olunan qanunun tərcüməsində baş verən təhriflər nəticəsində formalaşıb. Bundan irəli gələn müəyyən terminologiyalar və müəyyən formullar düzgün tərcümə olunmadığına görə müəyyən anlaşılmazlıq yaradır. Bununla bağlı biz Venesiya Komissiyasına lazımı arayış hazırlamışıq. Düşünürük ki, bu qanun bütün Avropa standartlarına uyğundur. Çünki qanun çərçivəsində Azərbaycanın bütün dini icmaları tam azad və sərbəst fəaliyyət göstərir, heç kim narazılıq etməyib”.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056