• şənbə, 30 Mart, 11:19
  • Baku Bakı 10°C

Ehtiyatda olan türkiyəli hərbçilər Bakıda səfərdədir

04.07.17 19:20 3117
Ehtiyatda olan türkiyəli hərbçilər Bakıda səfərdədir
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) dəvəti ilə Türkiyə Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyinin sədri Ərdoğan Karakuş və Türkiyə Müharib Qazilər Dərnəyinin rəhbəri, ehtiyatda olan polkovnik Mehmet Şükrü Tandoğanın rəhbərliyi ilə bir qrup ehtiyatda olan zabit və müharibə veteranı Azərbaycana səfərə gəlib.
TOHGMİB-nin sədri, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin HəsənliLent.az-a açıqlamasında bildirib ki, bu gün səhər Türkiyə nümayəndə heyəti Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.
Bu gün Türkiyə nümayəndə heyətini Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi – Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov qəbul edib. Ə. Həsənov Heydər Əliyevin "Bir millət, iki dövlət” ideyasının daim yaşadığını, Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərinə malik olduğunu, bütün beynəlxalq məsələlərdə bir-birlərinə dəstək verdiklərini, Azərbaycan prezidenti İlham Əliyevin bu məsələdə qətiyyətli və uzaqgörən siyasətini qeyd edib. Ə. Həsənov dövlət başçısının qardaşlıq və tərəfdaşlıq münasibətlərinə önəm verdiyini ifadə edib, Türkiyənin müharibə veteranlarının və ehtiyatda olan zabitlərinin öz vətənlərində olduğunu vurğulayıb. Eyni zamanda Azərbaycan və Türkiyənin hərbi yönümlü QHT-lərinin əməkdaşlığına yüksək qiymət verdiyini söyləyib.
E. Həsənli qeyd edib ki, Türkiyə Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyinin 10 mindən çox üzvü var, bütün Türkiyənin bölgələrini, rayon və şəhərlərini əhatə edirlər. Türkiyə Müharib Qazilər Dərnəyinin isə 25 mindən artıq üzvü var: "Azərbaycanın haqq işinə beynəlxalq aləmdə, qardaş Türkiyədə ictimaiyyətin və türk diasporunun dəstəyi önəmlidir”.
TOHGMİB sədri bildirib ki, bu ilin payızında Rusiyanın Ehtiyatda Olan Zabitlər Birliyinin sədri ordu generalı Viktor Yermakovun rəhbərliyi bir Rusiya nümayəndə heyətinin Bakıya səfəri planlaşdırılır: "Razılaşma əldə edilib ki, Türkiyə, Rusiya və Azərbaycanın bu sahədəki qurumları əməkdaşlıq edəcək. Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları Təşkilatının Rusiyadakı müvafiq təşkilatla, bizim isə Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyi ilə əməkdaşlığımız var. Bu dörd təşkilat birgə əməkdaşlıqla bağlı Bakı Memorandumu imzalanacaq. Bakı mərkəz, Azərbaycan, Rusiya və Türkiyənin ehtiyatda olan zabitlərinin birliyi yaranacaq. Bu birliyə Belorus, Orta Asiya və Şərqi Avropa ölkələrinin, o cümlədən İran və bir neçə İslam ölkəsinin müvafiq təşkilatlarının bura daxil olması gözlənilir. Əli Həsənov da Azərbaycan dövlətinin bu məsələni dəstəklədiyini bəyan etdi. Biz dünyada terrora, müharibəyə, terrora, neofaşizmə qarşı çıxışlar edirik. Dünyada müharibənin, terrorun nə demək olduğunu müharibə veteranlarından, ehtiyatda olan zabitlərdən yaxşı bilən yoxdur. Mustafa Kamal Atatürk "Yurdda sülh, cahanda sülh” deyib, Heydər Əliyev daim sülh ideyalarını müdafiə edib. Biz də bu məsələyə öz töhfəmizi verməyə və gənc nəslin bu ruhda böyüməsinə, Azərbaycanın haqqı işinin müdafiəsinə, bütün dövlətlərin ərazi bütövlüyünün bərpasına, ölkəmizdə işğala son qoyulmasına, Xocalı soyqırımının dünyada tanınmasına dəstək olmağa çalışırıq. Azərbaycanın haqq işini həm Rusiyanın Ehtiyatda Olan Zabitlər Birliyi, həm də Türkiyənin bu yönümlü təşkilatları dəstəkləyir”.
banner

Oxşar Xəbərlər