• cümə axşamı, 25 aprel, 20:53
  • Baku Bakı 21°C

Əli Həsənov Türkiyə XİN rəhbəri ilə görüşüb

24.10.16 16:29 1114
Əli Həsənov Türkiyə XİN rəhbəri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.
AZƏRTACxəbər verir ki, Əli Həsənov səfər çərçivəsində oktyabrın 24-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.
Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib.
Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
banner

Oxşar Xəbərlər