AZE | RUS | ENG |

Əli Həsənov: "Türk xalqının dirənişi böyük güclərin planını boşa çıxardı"

Əli Həsənov:
"Böyük güclər bir zaman Türkiyənin Ermənistanın sərhədinin açılmasına çalışdı. Dağlıq Qarabağın, Azərbaycan torpaqlarının  işğal altında olduğu bir dönəmdə bu, yolverilməz idi".  
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə Çukurova  Bələdiyyələr Birliyinin nümayəndə heyəti ilə görüşdə deyib. 
 
Ə. Həsənov bildirib ki, Azərbaycan o dövrdə bu böyük güclərin təzyiqinə yetərli reaksiya verməyən Türkiyənin bəzi dövlət xadimlərindən də inciyib: "Ancaq türk xalqı bu məsələdə dirənişini ortaya qoydu və böyük güclərin planı boşa çıxdı. Türk xalqının dirənişi xalqımızın qəlbində kök atıb. Bu sevgini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Türkiyədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, xalqın iraləsi Türkiyə-Azərbaycan münasibətlərini müəyyənləşdirir. Azərbaycan xalqının qəlbində Türkiyəyə böyük məhəbbət var". 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6306
GBP 1 1 İngiltərə funt sterlinqi 2.209
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.675
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2915