AZE | RUS | ENG |


Əli Həsənov: "The Guardian" Azərbaycan haqqında nə vaxt həqiqətləri yazıb ki?

Əli Həsənov:
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi (OCCRP) adlı qurumun xarici mediada yaydığı məlumatlar Azərbaycana qarşı qarayaxma kampanyasının bir hissəsidir və həqiqəti əks etdirmir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin "Hürriyyət" qəzetinə açıqlamasında deyib.

Ə.Həsənov "The Guardian" qəzetinin Azərbaycan əleyhinə mövqeyi ilə tanındığını bildirib: "The Guardian" Azərbaycan haqqında nə vaxt həqiqətləri yazıb ki? Bu qəzet illərdir Azərbaycan əleyhinə mövqeyi ilə tanınır, dünya miqyasında müəyyən dairələrin sifarişlərini yerinə yetirir. İndi də belə etdi. OCCRP adlı mərkəzlə əlbir olub Azərbaycana qarşı yeni bir qarayaxma kampaniyasına başlayıblar".

Prezidentin köməkçisi qeyd edib ki, OCCRP adlı araşdırma mərkəzinin himayəsində olan qurumlar 10 il əvvəl Azərbaycanda da fəaliyyət göstərirdi: "Onların gizli niyyətləri ortaya çıxdı və Azərbaycandan qovuldular. Həmin təşkilatlar qərbdə, xüsusilə ABŞ-dakı erməni diasporu tərəfindən gizlicə idarə olunurlar".

Ə.Həsənov əlavə edib: "Bizi məyus edən əslində "Guardian"da çıxan əsassız xəbər deyil, Türkiyədə də bəzi dairələrin Azərbaycan əleyhinə təbliğatla məşğul olmasıdır. Həmin dairələr Türkiyədə bir sıra KİV-lər vasitəsilə qarayaxma kampaniyasını davam etdirirlər. Amma biz bunun hansı KİV-lər olduğunu çox yaxşı bilirik".

Qeyd edək ki, 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən "BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan "Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və "Guardian” qəzetində bu məsələ ilə bağlı məqalə dərc olunub.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007