• cümə axşamı, 25 aprel, 09:40
  • Baku Bakı 14°C

Əli Həsənov: “Rəsulzadənin yubileyi ilə bağlı tədbirlər həyata keçirilir”

29.01.14 14:13 1206
Əli Həsənov: “Rəsulzadənin yubileyi ilə bağlı tədbirlər həyata keçirilir”
“Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq müvafiq qurumlara lazımi tapşırıqlar verilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi Rəsulzadənin yubileyi layiqli səviyyədə qeyd olunacaq”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisi qeyd edib ki, M.Rəsulzadənin yubileyinin qeyd olunması ilə bağlı proqram mövcuddur: “Proqrama uyğun olaraq tədbirlər həyata keçirilir”.
Ə.Həsənov yubileylə bağlı Türkiyədə keçiriləcək tədbirə Azərbaycandan dövlət səviyyəsində nümayəndə heyətinin qatılacağını da deyib.
banner

Oxşar Xəbərlər